Şriftin ölçüsü :

Saytın rəngi :

“Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri məlum olub

28 oktyabr 2022 | 17:27

Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ rayonlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Konstitusiya Gününə həsr edilmiş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirilmiş hüquq olimpiadası uğurla başa çatıb.

Ümümi nəticəyə görə İsmayıllı rayonu adları çəkilən rayonlar arasında ikinci yerə layiq görülüb.

Məktəblər üzrə Sumağallı məktəbi 1-ci yerə çıxaraq olimpiadanın qalibi adını qazanıb. Məktəbin şagirdlərindən  Nuraliyev İsa Malik oğlu, Məmmədov İsmət Hikmət oğlu, Aslanov Davud Çingiz oğlu, Rəsulova Səbinə Rəşid qızı fərqləniblər.

 1 nömrəli şəhər tam orta məktəbi isə 2-ci yerə layiq görülüb. Məktəbin şagirdlərindən Qasımlı Əşrəf Mayıs oğlu, Mursaliyev Elgün Daşqın oğlu fərqləniblər.

Olimpiadada 3-cü yerə N. Behdiyev adına 6 nömrəli tam orta məktəb layiq görülüb. Məktəbin şagirdi Məmmədov Səlim Xəyyam oğlu fərqlənməyi bacarıb.

Cülyan tam orta məktəbinin şagirdləri Həlimli İsmayıl Yanvar oğlu, Babayeva Fidan Rövşən qızı, Oruc Elcan Sənan olimpiadada iştirak edən İsmayıllı məktəbliləri arasında I, II, III yerə layiq görülüblər. Həmçinin Diyallı kənd tam orta məktəbinin şagirdləri Göyüşov Namaz Veyis oğlu və Həsənov Amil Aydın oğlu olimpiada iştirakçıları arasında fərqlənməyi bacarıblar.

Biz də öz növbəmizdə qalib adını qazanan bütün şagird və tələbələri təbrik edir, rayonumuzun adını bundan sonra da həmişə uca tutmalarını arzulayırıq.

Keçidlər