İdeoloji maarifləndirmə işinin təşkili ilə bağlı görüş keçirilib
Rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri ilə Heydər Əliyev Mərkəzində ideoloji maarifləndirmə işinin təşkili və inkişaf etdirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov çıxış edərək yeni dərs ilində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onların sağlam, savadlı, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi formalaşdırılmasının əhəmiyyətindən danışıb.
Müzakirələr zamanı ümumtəhsil müəssisələrində ideoloji maarifləndirmə istiqamətində müxtəlif mövzularda tədbirlərin keçirilməsi, gənclərin dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq və milli həmrəylik ruhunda maarifləndirilməsi ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Bildirilib ki, maarifləndirmə tədbirlərinin əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə gənclər arasında dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin və vətəndaş məsuliyyətinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Görüşdə qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrində ideoloji maarifləndirmə işinin daha sistemli və səmərəli təşkili ilə bağlı təkliflər səsləndirilib.






