Şriftin ölçüsü :

Saytın rəngi :

İlin ən kreativ şam ağacı

29 dekabr 2023 | 10:00

N.Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Ülkər Süleymanovanın təşəbbüsü və şagirdlərin dəstəyi ilə fərqli, kreativ şam ağacı hazırlanıb.

Beləki onlar il ərzində oxuduqları kitabları bir araya gətirərək həmrəylik nümayiş etdirib və fərqli şam ağacı hazırlayıblar.

"İl ərzində oxuduğumuz kitablar" adlı layihə çərçivəsində şagirdlər 3000-ə yaxın kitab mütailə ediblər. Layihənin məqsədi internet əsri olmasına baxmayaraq gənclərdə kitab oxumaq vərdişini aşılamaqdır.

Gəlin oxuyaq və gənclərimizin kitab oxuyaraq inkişaf etməsi üçün birlikdə çalışaq.

Keçidlər