Şriftin ölçüsü :

Saytın rəngi :

“İnklüziv səyyar DOST” xidmətinin növbəti ünvanı İsmayıllının İvanovka kəndi olub

10 avqust 2026 | 09:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının təşəbbüsü ilə həyata keçirilən “İnklüziv səyyar DOST” layihəsi çərçivəsində növbəti səyyar xidmət İsmayıllı rayonunun İvanovka kəndində təşkil olunub.                                             

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutan tədbir çərçivəsində həmin bölgədə yaşayan həssas əhali qruplarına aid vətəndaşlara səyyar xidmət göstərilib.                                                    

Xüsusi təchiz olunmuş səyyar avtobusda yaradılan xidmət məntəqəsində vətəndaşlara DOST Evi filialının xidmətləri barədə məlumat verilib və müraciətləri dinlənilib. Səyyar xidmət çərçivəsində filialın əməkdaşları tərəfindən ilkin konsultasiyalar keçirilib, eləcə də iştirakçılar üçün master-klas təşkil olunub.

Layihənin əqsədi həssas qruplar üçün sosial xidmətlərin əlçatanlığını təmin etmək, inklüzivliyin təşviqi və vətəndaş məmnunluğunun artırılmasıdır.

“İnklüziv səyyar DOST” layihəsinin növbəti mərhələlərdə İsmayıllının digər kəndlərində davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər