İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edib
26 may 2023 | 19:00
Bu gün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İsmayıllı şəhərində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.