Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “26 İyun–Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” nə həsr olunmuş maarifləndirici görüş keçirilib

24 iyun 2024 | 16:07

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” nə həsr olunmuş maarifləndirici görüş keçirilib.

Tədbirin keçirilməsində məqsəd narkomaniya və psixotrop maddələrin  insan orqanizmində yaratdığı problem və fəsadlarla bağlı gəncləri erkən yaşlarından məlumatlandırmaq, onlara sağlam həyat tərzi sürməyin vacibliyini anlatmaq olub.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.

Keçidlər