İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF 13) Azərbaycanda keçirilməsi və onun əhəmiyyəti haqqında tələbələr üçün maarifləndirici tədbir keçirilib
Tədbirin əsas məqsədi iştirakçıları dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri və müasir qlobal çağırışlar barədə məlumatlandırmaq olub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektoru, şöbə müdirinin müavini-sektor müdiri Şəhla Zərbaliyeva çıxış edərək WUF 13-ün istiqamətləri haqqında təqdimat edib, qlobal urban problemləri və onların həlli yolları barədə məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Kollecin Tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı və Şöbə müdiri Elmir Ağayev də tədbirdə çıxış edərək mövzu ilə bağlı tələbələrə əlavə məlumat veriblər.
Tədbir interaktiv müzakirələr şəraitində keçib və tələbələr tərəfindən maraqla qarşılanıb.






