Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təntənəli məzun günü keçirilib

01 iyun 2025 | 16:19

Tədbirdə orta ixtisas müəssisəsinin 13 ixtisasının 183 tələbəsi məzun olmağın sevincini yaşadı.

İştirakçılar kollecin şəhid tələbə  və məzunlarının xatirəsinə ucaldılmış abidənin önünə gül qoyub, şəhidlərimizin xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, dosent Kəmalə Süleymanlı məzunları təbrik edərək onların təhsil müddətində əldə etdikləri nəaliyyətlərdən danışaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edənlər məzunları təbrik edib, dövlətimizə və xalqımıza layiqli vətəndaş və mütəxəssis olmağı tövsiyə ediblər.

Tədbirdə təhsil ilində fərqlənən tələbələrə fəxri fərman və hədiyyə, həmçinin ATİAHİ- İsmayıllı Rayon Komitəsinin hədiyyələri təqdim edilib.

Əlamətdar gün həm məzunlar, həm də onların ailələri üçün unudulmaz anlarla yadda qalıb. Məzunlar gələcəyə böyük ümidlə baxaraq, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində aldıqları bilik və bacarıqlarla cəmiyyətə fayda verməyə hazır olduqlarını ifadə ediblər.

Tədbir kollec tələbələrinin və Niyal İnstrumental Ansambılının hazırladığı konsert proqramı ilə davam edib.

Məlumat üçün bildirək ki, bu il 9 nəfər tələbə kolleci fərqlənmə diplomu ilə bitirib.

Keçidlər