İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülər Baxışova,İsmayıllı Şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı və əyani şöbə müdiri Elmir Ağayev iştirak edib.
Tədbirin əsas məqsədi tələbələr arasında hüquqi biliklərin artırılması, onların öz hüquq və vəzifələrini daha düzgün dərk etməsi, eyni zamanda cəmiyyət daxilində məsuliyyətli davranışların formalaşdırılması olub. Çıxış edənlər yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının qorunması, dövlət tərəfindən bu istiqamətdə görülən tədbirlər və gənclərin üzərinə düşən öhdəliklər barədə geniş məlumat veriblər. Həmçinin real həyatdan nümunələr əsasında hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq tələbələrin suallarını cavablandırıblar.






