Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Peşə Təhsil Mərkəzində zərərli vərdişlərin fəsadları mövzusunda maarifləndirici görüş keçirilib

31 oktyabr 2025 | 09:44

30 oktyabr 2025-ci il tarixində İsmayıllı Peşə Təhsil Mərkəzində şagird və müəllim kollektivi ilə maarifləndirici görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov,  Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nicat Vəliyev, şöbənin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov  və Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov iştirak ediblər.

Görüş zamanı iştirakçılara zərərli vərdişlərin insan sağlamlığına və həyatına mənfi təsirləri barədə geniş məlumat verilib. Natiqlər qeyd ediblər ki, gənclərin sağlam və intizamlı yetişməsi, asılılığa və neqativ vərdişlərə qarşı maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin məktəb yaşlı şagird və tələbələr arasında müşahidə olunan intizamsız davranışlar, onların arzuolunmaz nəticələri, eləcə də digər sosial və mənəvi narahatçılıq doğuran məsələlər barədə ətraflı söhbətlər aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, gənclərə sağlam həyat tərzi keçirməyin vacibliyi bir daha xatırladılıb.

Keçidlər