Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib

26 aprel 2022 | 10:08

Çernobıl qəzasının 36-cı ildönümü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib.

 

Görüşü giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xatırladıb ki, 1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlə azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qalıb. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutulublar.

 

Lakin 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə Sərəncam imzalayıb. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb, pensiya və müavinətlər təyin olunub. Bu gün də Çernobıl əlilləri prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar.

 

Görüş zamanı rayon rəhbəri Çernobıl əlillərinin qayğıları ilə maraqlanıb, aidiyyəti qurumlara tapşırıqlar verib.

 

Çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Keçidlər