Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2024–2025-ci tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində yüksək nəticə göstərmiş məzunlarla görüş keçirib

05 sentyabr 2025 | 12:55

Rayon üzrə 535-dən artıq şagird tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 30 nəfəri 600-dən, 86 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəbin məzunu Həsənli Osman Rahim oğlu göstərib. O, 673.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub.

Uğur qazanmış gənclərimizi, onların müəllimlərini və valideynlərini səmimi-qəlbdən təbrik edir, doğma Vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər