İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhər 4 nömrəli tam orta məktəbin kollektivi ilə görüş keçirib
26 noyabr 2025 | 14:13
Görüş zamanı təhsil ocağının son dövrlərdə əldə etdiyi uğurlar, mövcud vəziyyət və inkişaf perspektivləri ətraflı təhlil edilib, təhsil prosesinin daha da təkmilləşdirilməsi məqsədilə yeni, innovativ və kreativ təkliflər səsləndirilib.
Görüşün əsas məqsədi təhsil müəssisəsində mövcud vəziyyəti yerindəcə qiymətləndirmək, müəllimlərin fikirlərini dinləmək və qarşılıqlı fikir mübadiləsi aparmaq olub.
Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.






