Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ismayıllılara təbriki

31 dekabr 2022 | 09:15

Əziz ismayıllılar, dəyərli dostlar və şəhərimizin qonaqları!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edir,müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma İsmayıllının  inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.

Geridə qoyduğumuz 2022-ci il uğurlu il kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz, o cümlədən İsmayıllımız inkişaf edir, güzəranımız yaxşılaşır. Bütün dünyada baş verən hərbi, iqtisadi, siyasi gərginliklərə baxmayaraq Azərbaycan öz haqq yolu ilə irəliləyir. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində 44 günlük Vətən müharibəsindən sonra doğma Qarabağımızda abadlıq quruculuq işləri səngimədən davam edir. Bu bölgədə ən müasir tələblərə cavab verən yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq əhəmiyətli tədbirlər təşkil olunur. Öz dədə-baba yurdlarından didərgin düşmüş insanlar doğma torpaqlarına qayıdır. Qarabağda həyat yenidən bərpa olunur.

Əziz həmvətənlər, yola salmağa hazırlaşdığımız 2022-ci il ismayıllılar üçün də uğurlu illərdən biridir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın rayonumuza səfər etməsi göstərilən diqqət və qayğının nəticəsidir.

Qarşıdan gələn 2023-cü ildə də İsmayıllı rayonunda tikinti-quruculuq işləri davam etdiriləcək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.

Bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm!

Qarşıdan gələn 2023-cü il ölkəmizə əmin-amanlıq, uğur və bərəkət gətirsin.

Bayramınız mübarək!

Keçidlər