İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahif Bağırov İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışan Lətifə Əliyevanı 71 illik yubileyi münasibətilə qəbul edib
31 iyul 2026 | 10:30
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahif Bağırov uzun illər rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışan Lətifə Əliyevanı 71 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı Lətifə xanımın rayonumuzun ictimai həyatına verdiyi dəyərli töhfələri xüsusi qeyd edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Yubileyi münasibətilə Lətifə Əliyevaya İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi təqdim edilib.
Lətifə xanım göstərilən diqqət və səmimi münasibətə görə minnətdarlığını bildirib.






