İsmayıllı rayon komandasının üzvlərinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş velosipedlərin təqdim olunma mərasimi keçirilib
19 iyun 2026 | 10:43
İsmayıllı rayon Heydər Əliyev adına parkda Goranboy rayonunda keçirilən XXIX “Şahin” hərbi-idman oyunlarının respublika finalında III yeri tutan İsmayıllı rayon komandasının üzvlərinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş velosipedlərin təqdim olunma mərasimi keçirilib.
Təqdim olunma mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, SHXÇDX-nın İsmayıllı rayon şöbəsinin rəisi Polkovnik Xəqani Fərzəliyev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, şəhid valideynləri, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və komanda üzvləri iştirak ediblər.






