Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir təşkil olunub

18 iyun 2025 | 09:39

17 iyun 1918-ci ildə ilk Səhiyyə Nazirliyinin yaradılması münasibətilə Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tədbir zamanı ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ziyarət zamanı  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov və kollektiv üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyub.

Tədbirin ikinci hissəsi Xəstəxananın akt zalında davam edib.

Tədbirdə çıxış edənlər Azərbaycan səhiyyəsinin inkişafından, tibb işçilərinin şərəfli və məsuliyyətli işindən danışıb və “Tibb İşçilərinin Peşə Bayramı günü” münasibətilə hər kəsi təbrik edərək, onlara bu peşələrində cansağlığı, mərhəmət və səbr arzulayıb.

Sonda 45  nəfər səhiyyə işçisi səmərəli fəaliyyətlərinə görə “Fəxri fərmanla” təltif olunub.

Keçidlər