İsmayıllı rayon Polis Şöbəsində şöbə rəhbərliyi tərəfindən rayonda yerləşən tam və ümumi orta məktəblərinin, İsmayıllı Humanitar və Texnologiya Kolleci, Peşə Tədris Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib
İsmayıllı rayon Polis Şöbəsində şöbə rəhbərliyi tərəfindən rayonda yerləşən tam və ümumi orta məktəblərinin, İsmayıllı Humanitar və Texnologiya Kolleci, Peşə Tədris Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nicat Vəliyev, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Emin Məmmədov və İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədoviştirak edib.
Görüşdə məktəblilər tərəfindən törədilə biləcək hüquq pozuntularının profilaktikası sahəsində səmərəli işin təşkil edilməsi istiqamətində hüquq-mühafizə orqanları ilə təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığının artırılması ilə bağlı söhbətlər aparılıb.
Çıxış edənlər təhsil müəssisələrində təhsilalanlarla bağlı mövcud problemlər ətrafında söhbətlər açaraq onların həlli üçün yolların müəyyən edilməsi barədə fikir mübadiləsi aparıblar. Sonda təkliflər ümumiləşdirilərək problemlərin həll edilməsi üçün kəsərli tədbirlərin görülməsi, məktəblərdə təhlükəsiz mühitin qorunması məqsədilə qabaqlayıcı profilaktik tədbirlərin və monitorinqlərin keçirilməsi barədə qərar qəbul edilib.






