İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar və dirijor, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun mahnılarından ibarət konsert proqramı təqdim edilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı rayonu uzrə nümayəndəsi baş məsləhətçi v.m.i.e Nilufər Mursaliyeva, Dağlıq Şirvan Regional Gənclər İdarəsinin rəisi Taleh Salehov, Mədəniyyət İşçiləri Həmkarların İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı Uşaq ve Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayonu Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin direktor v.m.i.e Teymur Əzizli, rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə ilk olaraq S.Ələsgərovun ömür yolunu əhatə edən videoçarx nümayiş olunub.
Bəstəkarın Ulduz Operettasından Məhəmmədlə Züleyxa dueti və İsmayıllı rayonu Niyal instrumental ansamblının solisti Rövşən Teyyubov və İsmayıllı Dövlət Humanitar və Texnalogiya kollecinin tələbəsi Aytac Hüseynovnın ifasında maraqla qarşılanıb.
Çıxış edənlər Əməkdar Mədəniyyət işcisi, Tərəqqi medallı Sahibə xanım Abdullayeva, Niyal instrumental ansamblını bədii rəhbəri Nizami Babayev, İsmayıllı rayonu Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin direktor v.m.i.e Teymur Əzizli Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.
Tədbir Niyal instrumental ansamblının solistlərinin ifasında konsert proqramı ilə davam edib.