İsmayıllı rayonunda 2025-ci il turizm mövsümünün açılması ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin inzibati binasında geniş tərkibdə tədbir keçirilib
İsmayıllı rayonunda 2025-ci il turizm mövsümünün açılması ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin inzibati binasında geniş tərkibdə tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyətinin rəhbərliyi, aidiyyəti dövlət qurumlarının nümayəndələri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbin keçirilməsində məqsəd turizm mövsümünə hazırlıq işlərinin vəziyyətini qiymətləndirmək, bölgədə turizmin inkişaf perspektivlərini müzakirə etmək və sahibkarlarla birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.
Turizm mövsümündə yerli və xarici turistlərin rahatlığını təmin etmək məqsədilə təhlükəsizlik, təmizlik, nəqliyyat və informasiya xidmətləri sahəsində kompleks tədbirlərin görülməsi nəzərdə tutulub.
Sonda sahibkarların təklif və fikirləri dinlənilib, mövsüm ərzində qarşılıqlı əməkdaşlıq və koordinasiya mexanizmləri müzakirə edilib.






