Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda bağçılıq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda sahibkarlıq subyektləri ilə görüş keçirilib

30 avqust 2025 | 11:00

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda bağçılıq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dağlıq Şirvan regional koordinatorluğunun, İqtisadiyyat Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin, Aqrar Sığorta Fondunun, Dövlət Aqrar İnkişaf Mərkəzinin, İsmayıllı RİH-nin nümayəndələri, eləcə də 20-ə yaxın fərdi sahibkar iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarların bağçılıq sahəsində mövcud imkanlar və problemlərlə bağlı fikirlərinin öyrənilməsi, perspektivlərin müəyyənləşdirilməsi və bu istiqamətdə dəstək mexanizmlərinin müzakirəsi olub.

Tədbirdə çıxış edən nümayəndələr bağçılıq təsərrüfatlarının inkişafı, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat veriblər. Sahibkarların təklif və müraciətləri dinlənilib, onların sualları cavablandırılıb.

Görüş zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. səsləndirilən təkliflər və problemlər KOBİA tərəfindən qeydiyyata alınıb və aidiyyəti üzrə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Bu kimi görüşlərin davamlı olaraq keçirilməsi, dövlət-sahibkar dialoqunun gücləndirilməsi və bu sahəsində daha dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər