Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib

30 may 2025 | 17:22

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşəbbüsü ilə Əlaqələndirmə Komitəsinin növbəti iclası İsmayıllı rayonunda keçirilib.

İclas İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında baş tutub.

Əlaqələndirmə Komitələrinin əsas məqsədi rayon üzrə məşğulluğa kömək göstərmək, işaxtaran və işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq, eləcə də yerli imkanları səfərbər etməklə sosial tərəfdaşlıq mexanizmlərini gücləndirməkdir.

Tədbirdə iştirakçılara aktiv məşğulluq tədbirləri – özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, ödənişli ictimai işlər və digər dəstək mexanizmləri haqqında ətraflı məlumat verilib. Yerli əmək bazarının ehtiyaclarına uyğun həllərin müəyyənləşdirilməsi və tədbirlərin əlaqəli şəkildə icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Keçidlər