İsmayıllı rayonunda həyata keçirilən “Qəhrəmanlar Bağı” aksiyası çərçivəsində Vətən uğrunda canından keçmiş 189 şəhidimizin əziz xatirəsinə ağaclar əkildi
21 may 2026 | 15:34
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə reallaşdırılan bu layihə xalqımızın qəhrəman övladlarına göstərdiyi ehtiramın və vəfa hissinin bariz nümunəsidir.
Layihənin həyata keçirilməsində göstərdiyi təşəbbüs və dəyərli əməkdaşlığa görə Qırmızı Ürəklər Fonduna, həmçinin dəstəyə görə Pmd.az və Kapital Banka təşəkkürümüzü bildiririk.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






