Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ümumrayon iməciliyi həyata keçirilib

20 iyun 2026 | 14:19

Keçirilən iməciliklər zamanı şəhər və kənd qəbiristanlıqlarının əraziləri alaq otlarından, məişət tullantılarından və quru budaqlardan təmizlənib, ətraf sahələrdə abadlıq və səliqə-sahman işləri görülüb. Həmçinin qəbiristanlıqlara aparan yolların, giriş hissələrinin və ətraf mühitin təmizlənməsi təmin olunub.

Tədbirlərin əsas məqsədi qəbiristanlıqların baxımlı vəziyyətdə saxlanılması, yaşayış məntəqələrində abadlıq və təmizlik ənənələrinin gücləndirilməsi, ətraf mühitə qayğıkeş münasibətin təşviq olunması, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına töhfə verməkdir.

Rayonun müxtəlif yaşayış məntəqələrində keçirilən iməcilik aksiyaları sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Bu cür təşəbbüslər həm abadlıq və şəhərsalma mədəniyyətinin inkişafına, həm də milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Keçidlər