İsmayıllı rayonunun Baş Planı ilə bağlı növbəti müzakirə keçirildi
31 iyul 2026 | 18:48
Bu gün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə İsmayıllı rayonunun Baş Planı ilə bağlı növbəti müzakirə keçirildi.
Görüş zamanı rayonun perspektiv inkişafı, şəhərsalma prinsipləri, müasir infrastrukturun formalaşdırılması, yaşayış və ictimai məkanların səmərəli təşkili, həmçinin gələcək inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Hazırlanan Baş Plan İsmayıllının dayanıqlı inkişafına, müasir şəhərsalma tələblərinə uyğun şəkildə formalaşmasına və sakinlərin həyat keyfiyyətinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.






