İsmayıllı rayonunun Basqal qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib
06 may 2025 | 10:01
Basqal qəsəbə tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və suverin Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, ətraf kəndlərdən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.
Tədbirdə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ulu öndərdən bəhs edən video çarx nümayiş etdirilib.
Tədbir iştirakçıları mövzu ətrafında məruzə ilə çıxış ediblər.
Tədbir Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib.