Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun Hacıhətəmli kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib

07 may 2025 | 17:51

Hacıhətəmli kənd tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev Müstəqil Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH-nin əməkdaşı Bəhruz Xələfov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, ətraf kəndlərdən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.

Tədbirdə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları mövzu ətrafında məruzə ilə çıxış ediblər.

Tədbir Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib

Keçidlər