İsmayıllı rayonunun Lahıc qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib
05 may 2025 | 09:12
Lahıc qəsəbə tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndərin irsindən ilham alan gələcək” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin əməkdaşları, ətraf kəndlərdən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.
Tədbirdə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları mövzu ətrafında məruzə ilə çıxış ediblər.
Tədbir “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib.
Tədbirdə həmçinin məktəblilərin ifasında ədəbi-bədii kompozesiyaya baxılıb.