İsmayıllı rayonunun Sumağallı kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib
Sumağallı kənd tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP İsmayıllı Rayon Təşkilatının təşkilatçılığı ilə “Milli irsimiz:Heydər Əliyev və Konstitusiya dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov,RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsimi Teymurov, Qalacıq, İstisu və Sumağallı kəndlərindən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.
İlk öncə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi olduğunu, bu sahədə aparılan işlərin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd edir.
Tədbir “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib.