Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun Təzəkənd kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib

02 may 2025 | 14:51

Təzəkənd kənd tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP İsmayıllı Rayon Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və dövlətçilik dəyərləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov,RİH-nin əməkdaşı Nəsimi Teymurov, şəhid anası, Təzəkənd, Diyallı, Talıstan, Cülyan, Tircan, Qoşakənd kəndlərindən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.

Tədbirdə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Heydər Əliyevin Azərbaycan Respublikasında müasir dövlət quruculuğu sahəsində misilsiz xidmətləri ilə birgə, onun perspektiv inkişaf istiqamətlərinin də danışıblar.

Qeyd olunub ki, Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır.  Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırmışdır.

Tədbir “Niyal” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam edib.

Tədbirdə həmçinin məktəblilərin ifasında ədəbi-bədii kompozesiyaya baxılıb.

Keçidlər