İsmayıllı rayonunun Topçu kəndində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib
Topçu kənd tam orta məktəbində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Konstitusiya əsaslı dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Topçu, Qurbanəfəndi, Xanagah, Buynuz kəndlərindən olan təhsil işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib.
Tədbirdə Ümumilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və mövqeyinin, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin gənc nəslə aşılanması istiqamətində bu cür tədbirlərin təşkilini müsbət qiymətləndirib, dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Heydər Əliyev irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığını vurğulayan çıxışçılar Azərbaycan gəncliyinin həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini bildiriblər.