Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində 8–10-cu sinif şagirdləri üçün zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüş təşkil olundu

27 aprel 2026 | 10:17

İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində 8–10-cu sinif şagirdləri üçün zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüş təşkil olundu. Görüşün əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzini təşviq etmək, onların zərərli vərdişlərin fəsadları barədə məlumatlılığını artırmaq və düzgün seçim etmələrinə dəstək vermək idi.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli və İsmayıllı RPŞ-nin əməkdaşı, polis mayoru Rahim Orucov iştirak etdilər.

Çıxış edən qonaqlar siqaret, alkoqol və narkotik maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən danışaraq, bu vərdişlərin gənclərin gələcəyinə mənfi təsir etdiyini vurğuladılar. Şagirdlərə sağlam həyat tərzinin üstünlükləri, düzgün qərar verməyin vacibliyi və zərərli təsirlərdən qorunma yolları barədə tövsiyələr verildi.

Keçidlər