İsmayıllı şəhər F. Əzimov adına Uşaq İncəsənət Məktəbinin yekun konserti keçirilib
09 iyun 2026 | 16:40
İsmayıllı şəhər F. Əzimov adına Uşaq İncəsənət Məktəbinin yekun hesabat konserti keçirilib.
Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif əsərlərini ifa edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan müəllim kollektivini və şagirdləri konsert münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda məktəbin direktoru Abbas Abdullayev tədbir iştirakçılarına təşəkkürünü bildirib və məktəbin fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.






