İsmayıllı şəhəri “Cümə” məscidində “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib
İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, həmçinin din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı din xadimlərinə Ramazan ayında müvafiq tövsiyələrə, eyni zamanda dini mərasim və yığıncaqların təşkili və keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmələri bildirilib. Dini maarifləndirmə işinin gücləndirilməsinin və milli-mənəvi, dini dəyərlərimizin təbliği prosesində daha aktiv fəaliyyət göstərmələri, eləcə də dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meyilləri ilə mübarizədə daha fəal olmaları tövsiyə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.