İsmayıllı şəhərində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələ
04 avqust 2026 | 17:15
İsmayıllı şəhərində müasir və təhlükəsiz yol infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərin bir sıra küçələrində əsaslı və cari təmir işləri aparılacaq.
Görüləcək işlər yolların keyfiyyətinin yüksəldilməsinə, nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına, eyni zamanda şəhərin abadlıq səviyyəsinin daha da artırılmasına xidmət edir. Həyata keçiriləcək layihələrin müəyyən olunmuş qrafikə uyğun olaraq yüksək keyfiyyətlə icrası təmin ediləcək.






