İsmayıllı təmsilçiləri XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsində uğur qazanıblar
15 iyun 2026 | 10:34
Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsində İsmayıllını təmsil edən komanda yüksək nəticə göstərərək III yerə layiq görülüb.
Bu uğur münasibətilə komandanın üzvlərini, onların müəllim və məşqçilərini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Gənclərimizin əldə etdiyi bu nəticə onların vətənpərvərlik ruhunun, əzmkarlığının və hazırlığının göstəricisidir. İnanırıq ki, onlar bundan sonra da İsmayıllını yeni uğurlarla təmsil edəcəklər.
İsmayıllı gəncləri ilə qürur duyuruq!






