İsmayıllı yenidən Bakı billboardlarında təqdim olunur
Artıq ənənə halını alan bu təşəbbüs çərçivəsində İsmayıllının füsunkar təbiətini, zəngin tarixi-mədəni irsini və geniş turizm imkanlarını əks etdirən billboardlar yenidən paytaxt Bakının əsas küçə və prospektlərində nümayiş olunur.
Xüsusilə yay turizm mövsümündə həyata keçirilən bu təşəbbüs rayonumuza turist axınının artmasına, İsmayıllının turizm potensialının daha geniş auditoriyaya tanıdılmasına və bölgəmizin iqtisadi inkişafına mühüm töhfə verir.
İnanırıq ki, bu billboardlar İsmayıllının ecazkar təbiətini, qonaqpərvərliyini və zəngin turizm imkanlarını kəşf etmək istəyən hər kəs üçün gözəl dəvət olacaq.
Layihənin həyata keçirilməsində göstərdikləri peşəkarlığa və səmərəli əməkdaşlığa görə Dövlət Reklam Agentliyinə təşəkkürümü bildirirəm.
İsmayıllının tanıdılması, onun gözəlliklərinin və dəyərlərinin daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.






