Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların müraciət və təklifləri dinlənilib

01 iyun 2022 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə vətəndaş qəbulu keçirib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

RİH başçısı rayon sakinlərini narahat edən məsələlərlə yaxından tanış olub. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər