Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Heydər Əliyev mərkəzində "Heydər Əliyev və Kəlamları" mövzusunda rəsm müsabiqəsi keçirilib

27 aprel 2023 | 10:28

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Kəlamları" mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi, İsmayıllı Dövlət Rəsm Qalereyası və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbir iştirakçıları və qonaqlar gənc istedadların Ulu Öndərə həsr etdiyi rəsmlərlə tanış olublar.

Qaliblərin mükafatlandırması rayon tədbirində baş tutacaqdır.

Keçidlər