Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda tədbir keçirilib

17 may 2023 | 17:10

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilib. Tədbirdə AzQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, sədr müavini Aris Məmmədov, İsmayıllı şəhər bələdiyyəsinin sədr müavini Vidadi Zərbiyev, RİH başçısı aparatının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, RİH-in əməkdaşı Əfqan Səlimov, şəhid ailələri, müharibə əlilləri və veteranları iştirak edib.

Təlim zamanı şəhid ailələri və müharibə veteranlarına, onların ailə üzvlərinə dövlətimizin apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında məlumatlar verilib. Eyni zamanda tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarınn və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar paylanılıb.

Keçidlər