Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2023 | 17:12

İyunun 14-də bütün respublikada olduğu kimi İsmayıllı rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirilib.

Rayonun ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində rayon rəhbəri Nahid Bağırov iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən RİH başçısı məzunları, onların müəllim və valideynlərini son dərs günü münasibətilə təbrik edib, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb.

Çıxış edənlər məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurlar barədə məlumat verib, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və məzunlara ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar.

“Son zəng” tədbiri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib. Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib. Məlumat üçün bildirim ki, rayonda 46 tam orta məktəb fəaliyyət göstərir. Bu il XI sinifi 723 məzun bitirib. Buraxılış imtahanlarında 69 məzun 200-dən çox bal toplayıb. Həmçinin XI sinif şagirdlərindən 13 nəfəri fənn olimpiyadasının qalibi olub.

Keçidlər