Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət və Texnologiya Kollecində möhtəşəm “Məzun günü” keçirilib. 16 iyun 2023-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində“Məzun günü” tədbiri keçirilib

17 iyun 2023 | 15:50

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və 44 günlük Vətən müharibəsində canından-qanından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İqtisadi və Sosial məsələlər üzrə müavini Eyyub Musayev, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Sevil xanım Əhmədova, Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Təhsil İşçiləri Həmkarlar İttifaqının Sədri Hafiz Kərimov, tələbələr və valideynlər iştirak edib.

Qonaqları salamlayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru fəlsəfə elmləri namizədi, dossent Kəmalə Süleymanlı giriş nitqi söyləyib, iştirakçılara kollecin yaranma tarixindən, uğurlarından, pedaqoji kollektivin müsbət fəaliyyətindən danışıb. Sonra sözü RİH başçısının müavini Sevil Əhmədovaya verib. O, da öz növbəsində RİH-nin rəhbərliyi adından məzunları təbrik edib, hər kəsə müvəfəqqiyyətlər arzulayıb.

Daha sonra kolleci qırmızı diplomla bitirən tələbələr fəxri diplomlarla təltif olunublar. Tədbirdə çıxış edən şəhid Tural Rəcəbalıyevın anası bu il məzun olan qızının timsalında bütün tələbələrə uğurlar, vətənə laiqli övlad olmalarını arzulayıb.

Daha sonra tədbir kollecin tələbələrinin hazırladıqları musiqi, şer, rəqs nömrələri və İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Niyal İnstrumental ansambılının və solistlərinin ifasında konsert proqramı ilə davam edib.

Məlumatb üçün qeyd edək ki, İsmayıllı Dövlət Humanitar və Texnolgiya Kollecnin bu il 10 yaşı tamam olur. Möhtərəm Prezidentimiz İlham Əliyevin İsmayıllı rayonuna göstərdiyi diqqət və qayğı nəticəsində 2013-cü ildə rayonumuzun təhsilində əlamətdar bir hadisə baş verdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 saylı qərarı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmış və Tələbə qəbulu üzrə dövlət komisiyasının tələbə qəbul planına 9 ixtisasla daxil edilmişdir. Hazırda Kollecdə respublikamızın 41 rayonundan 14 ixtisas üzrə 979 tələbə təhsil alır. Bu tələbələrdən 897 nəfəri əyani, 82 nəfəri isə qiyabi formada təhsil alır. Bu il isə Kollecin 236 tələbəsi məzun adını alır.

Keçidlər