İsmayıllı şəhər Aşağıbaş stadionunda “Rayon hərbiləşdirilməmiş MM dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi” keçirilib.
Bu gün Şimal-qərb Regional Mərkəzinin hazırlıq planına və İsmayıllı rayon İcra hakimiyyətinin Mülki müdafiə tədbirləri planına əsasən hərbiləşdirilməməiş mülki müdafiə dəstələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilib.
İsmayıllı şəhər Aşağıbaş stadionunda keçirilən müdafiəq məşqində RİH başçısının birinci müavini-Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanov, Fövqəlada Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ceyhun Babayev, Mülkü Müdafiə İdarəsinin rəisi vəzifəsini icra edən mayor Sarvan Əsədov, qərargah rəisləri, dəstə və xidmət üzvləri iştirak edib.
RİH başçısının birinci müavini-Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanov çıxış edərək bildirib ki, FHN Şimal-qərb Regional Mərkəzi 10 rayonu əhatə edir və İsmayıllı rayonu da bu rayonlar sırasındadır. Bildiyimiz kimi İsmayıllı rayonu seysmoaktiv zonada yerləşir. Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən rayonumuz Respublika ərazisində seysmik cəhətdən aktiv olan 6 əsas zonadan biridir. Bundan başqa sel, daşqın və güclü küləklərdə rayonumuz üçün xaraterikdir. Bunun üçün biz hər zaman belə hadisələrə hazır vəziyyətdə olmalıyıq. FHN-nin 112 qaynar xətti eləcə də Şimal-qərb Regional Mərkəzində fəaliyyət göstərir. Onlar regionda baş vermiş bütün fövqəladə hallardan xəbərdar olurlar və anında müdaxilə edirlər. M.Süleymanov sonda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı rayonunun mülki müdafiə rəhbəri Nahid Bağırov adınan iştirak edən qonaqlara və eləcə də MM qüvvələrinə uğurlar arzu edərək işlərində müvəffəqiyyətlər və heç bir zaman fövqəladə hallarla qarşılaşmamalarını diləmişdir.
Məlumat üçün qeyd edək ki, məşqin keçirilməsində məqsəd təsdiq edilən mülki müdafiə planının reallığını, o cümlədən rayon hərbiləşdirilməmiş mülki müdafiə dəstələri hər hansı fövqəladə hadisə baş verərsə onun nəticələrini aradan qaldırmağa hazır olmasının yoxlanılması olub. Eləcə də hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir – rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasıdır.
Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.