İsmayıllı rayon sakinləri üçün da təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar təşkil olunub
22 iyul 2023 | 10:09
Təhsil Tələbə Krediti Fondu (TTKF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) 20-21 iyul tarixlərində birgə həyata keçirdiyi tədbirlərdə ictimaiyyət nümayəndələrinə təhsil tələbə kreditlərinin verilməsi informasiya sisteminin tələbə portalından istifadə qaydaları, tələbə kreditinin verilmə şərtləri, növləri və tətbiq edilən güzəştlər haqqında geniş məlumat çatdırılıb.
Xatırladaq ki, təhsil tələbə krediti təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət dəstəyi əsasında çox kiçik faizlərlə və uzun müddətə verilir.