Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Mollaisaqlı kənd sakinlərilə görüşdüb

29 avqust 2023 | 17:07

Bildiyiniz kimi, 26 avqust 2023-cü il tarixdə İsmayıllı rayonunun Mollaisaqlı kəndinə yağan güclü leysan yağışları nəticəsində kəndə ziyan dəyib. İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sakinlərlə görüşüb və dəymiş ziyan barədə müzakirələr aparıb.

Belə ki, kəndin qaz xəttinə ziyan dəyib və bunla əlaqədar olaraq kəndə qazın verilişi müvəqqəti olaraq dayandırılıb. Həmçinin leysan yağışı nəticəsində 5 tövlə, 1 taxıl anbarı və 2 avtomobil yararsız hala düşmüş, 3 evin həyətini və evin bir hissəsini su basıb, 10 xırdabuynuzlu, 5 iribuynuzlu heyvan tələf olub.

Yaranmış problemlərin aradan qaldırılması üçün görülən işlərlə bağlı deyə bilərik ki, kənddə elektrikin verilişi və rabitə əlaqəsi bərpa olunub. Təbii qazın verilişi isə gün ərzində öz həllini tapıb. Kəndin əsas yolları və kənddaxili yollar lildən təmizlənmiş, qreyderlə hamarlanıb. Problemlərin həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verilib.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin Monitorinq qrupu tərəfindən sel nəticəsində kənddə təsərrüfatlara dəyən ziyanla bağlı monitorinq keçirilir.

 

Keçidlər