Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında növbəti ümumrespublika təmizlik aksiyası keçirilib

16 sentyabr 2023 | 12:22

16 sentyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Talıstan meşəbəyliyinin 2 saylı dolayı, 31-ci kvartalında, Xanagah kəndinin yaxınlığında növbəti ümumrespublika təmizlik aksiyası keçirilib.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Dağlıq Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Qalınçaq Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib. Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə Poliqona daşınıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçidlər