Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr-Zəfər Gününə həsr edilmiş “Qəlbəmizin rəngləri” adlı rəsm müsabiqəsi keçirilib.

04 noyabr 2023 | 10:00

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon kömitəsinin birgə təşkilatçılığı ilə 03 noyabr 2023-cü il tarixdə 8 Noyabr -Zəfər Gününə həsr edilmiş “Qəlbəmizin rəngləri” adlı rəsm müsabiqəsi keçirilib.

Tədbirə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Dağlıq Şirvan Gəncələr və İdman İdarəsinin rəisi, şəhid ailələri , qazilər, mədəniyyət müəsisələrinin direktor və əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov tədbirin mahiyyəti barədə qonaqlara və iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən şəhid ailələri övladlarının keçdiyi örnək döyüş yolu barədə qonaqlara və iştirakçılara geniş məlumat verib. Daha sonra müsabiqə açıq elan olunub və gənc və həvəskar rəssamlar öz əl qabiliyətlərini nümayiş etdirərək qələbəni əks etdirən rəsmlər çəkiblər.Şəhid ailələrinin iştirakı ilə müsiflər heyyəti tərəfindən seçilərək qalib gəlmiş rəssamlara mərkəzin rəhbərliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının hazırladığı diplomlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, müsabiqədə 30 dan çox həvəskar rəssam iştirak edib.

Keçidlər