İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov RİH başçısı Aparatında vətəndaşların növbəti qəbulunu keçirib
06 iyul 2022 | 14:14
RİH başçısı rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbəri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.