Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

24 aprel 2024 | 12:51

Bu gün İsmayıllı RİH başçısının vəzifəsini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Mahmud Süleymanov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((020) 28-164) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (mail@ismayilli-ih.gov.az) yazıla bilərlər.

Keçidlər