İsmayıllı rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib
19 iyul 2022-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov açaraq dövlətimizin həyata keçirdiyi məşğulluq strategiyası, eyni zamanda rayonumuzda bu sahədə aparılan işlər, əhalinin işlə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Dağlıq Şirvan Regional Məşğulluq Filialının əməkdaşı Emin Səfərov rayonda fəaliyyət göstərən idarə, müəssisə və sahibkarlara Dövlət Məşğulluq Agentliyinin fəlaiyyət istiqamətləri, işəgötürənlərə dəstək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Sonda tədbir iştriakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.